"Qarabağ"ın pley-off-dakı rəqibi müəyyənləşdi

01:22 10 Avqust 2022

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub. Ağdam təmsilçisi növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.
 
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
 
“Qarabağ" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
 
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. “Qarabağ” “Viktoriya”ya qarşı ilk oyununu evdə, cavab matçını səfərdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti