Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş"u üzərində 3:1 hesablı səfər qələbəsi sayəsində mümkün olub.
Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0.250 xal gətirib. Bu mövsüm üzrə xal sayını 1.875-ə, son 5 mövsümdə isə 14.500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, özündən öndə olan Polşaya yaxınlaşıb. Hazırda bu ölkə 15.375 xalla 28-ci sırada qərarlaşıb. Əsas izləyicilərimiz isə eyni xala (12.375 ) malik Sloveniya və Qazaxıstandır.