Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 4-cü medalını təmin edib.
Buna taekvandoçumuz Patimat Abakarova (49 kq) nail olub. O, nigeriyalı Farida Saumana qalib gəlməklə yarımfinala yüksəlib. Beləliklə, Patimat ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov bürünc, üçtəkanla tullanmada Aleksis Kopello gümüş medala sahib çıxıb.