İslamiada: Hacı Əliyev finala yüksəldi

15:46 10 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunları davam edir.

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) yarışda yarımfinal görüşünə çıxıb. İdmançımız finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb. Əliyev rəqibinə 4:0 hesabı ilə qalib gələrək finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar. 


Xəbər xətti