İki güləşçimiz Konyada medal qazandı

19:30 10 Avqust 2022

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunları davam edir.

Sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) 3-cü yer uğrunda görüşdə tacikistanlı Hikmətulla Vahidova 8:7 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Qadın güləşində 59 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Təmsilçimiz Alyona Kolesnikilk turda qazaxıstanlı Güldana Bekeşə, ikinci turda idə özbəkistanlı Dilfuza Aimbetovaya "tuşe" ilə qalib gəlib. Kolesnik 3-cü turda nigeriyalı Adekuoroye Odunayoya 1:3 hesabıyla məğlub olub. Sonuncu - 4-cü turda türkiyəli Elmas Çelik üzərində də "tuşe" ilə qələbə qazanan Alyona gümüş medala sahib çıxıb. 


Digər xəbərlər

Xəbər xətti