İslamiada: Fəridə Əzizovadan qızıl, Cavad Ağayevdən gümüş medal

21:21 10 Avqust 2022

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova (67 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

İdmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək qızıl medal qazanıb.

Təmsilçimiz Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, bu gün  49 kq-da çıxış edən taekvondoçumuz Patimat Abakarova isə bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti