Şimali Makedoniya millsinin üzvü “Sumqayıt”da

21:49 10 Avqust 2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millisinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb. 23 yaşlı cinah müdafiəçisi “Sumqayıt” FK-da “12” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub. 


Digər xəbərlər

Xəbər xətti