"Rapid"in baş məşqçisi: "Öz meydanımızda oynamağımız üstünlüyümüzdü"

22:10 10 Avqust 2022

"Rapid"in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” ilə oyunundan əvvəl keçirilmiş mətbuat konfransında iştirak edib.

Sportarena.az xəbər verir ki, avstriyalı mütəxəssis sabah baş tutacaq oyunla bağlı bunları deyib:

"Sabah çox güc sərf etməliyik. Qələbə qazanmaq üçün daha çox pressinq edib, qol epizodları yaratmaq lazımdı. Bakıda istifadə edə bilmədiyimiz epizodları sabah reallaşdırmalıyıq.

- “Neftçi” Bakıdakı kimi intensiv oynasa, nə edəcəksiniz?
- Aktiv olacağıq və hücum etmək istəyirik. Standart vəziyyətlərdən də istifadə etmək lazımdı.

- Sabah “Rapid”in hansı üstünlüyü olacaq?
- Öz meydanımızda oynamağımız bizim üstünlüyümüzdü. Bundan istifadə edərək hücuma atılmaq lazımdı.

- Qələbə üçün iki qol bəs edəcək?
- Minimum bir qol vurmalıyıq. Ki, növbəti mərhələyə adlamaq şansımız davam etsin. Bütün gücümüzü toparlamalıyıq ki, nəticə qazanaq. “Neftçi”nin gücü bizə aydındı. Onların özünəməxsus oyun stili var.

- Rəqibin hücumlarının qarşısını necə alacaqsınız?
- İlk oyundakı səhvlərimizi öyərnmişik. Əsasən “Neftçi”nin cinahlardakı reydlərinin qarşısını almaq lazımdı. 


Digər xəbərlər

Xəbər xətti