Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb. 26 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan yığması isə komanda hesabında 4-cü yeri tutub.
Bu, Azərbaycanın İslamiada qazandığı 13-cü medaldır.