Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) Ondrjey Mihaliklə yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisindən ayrılan 25 yaşlı futbolçu "Slovaçko"da oynayacaq.
Yarımmüdafiəçi 2019-cu ilin iyununda "AZ Alkmaar"dan "Viktoriya"a keçmişdi.
"Qarabağ"ın "Viktoriya" ilə ilk oyunu avqustun 17-də Bakıda 20:45-də keçiriləcək.
Cavab qarşılaşması isə avqustun 23-də Plzendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.