“Liverpul”da yeni müqavilə

17:22 11 Avqust 2022

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, Mersisayd təmsilçisi Harvi Elliotun sözləşməsinin müddətini uzadıb. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

19 yaşlı vingerlə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Harvi Elliot "Liverpul"a 2021-ci ilin yayında "Blekbörn"dən transfer olunub. İngiltərəli futbolçu komandanın heyətində meydana çıxdığı 15 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti