Azərbaycan güləşçilərindən İslamiadada daha 7 medal

22:00 11 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ikinci günündə təmsilçilərimiz daha 7 medal qazanıblar. Leyla Qurbanova (53 kq) qızıl, Gözəl Zutova (72 kq) və İslam Bazarqanov (61 kq) gümüş, Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Tatyana Omelçenko (62 kq) isə bürünc medala sahib çıxıblar.
 
Bununla da güləşçilərimizin İslamiadada qazandığı medalların sayı 13-ə çatıb. Daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanmışdı. 


Digər xəbərlər

Xəbər xətti