Birinci divizionun 16-cı turunun “Şahdağ” – “Bakılı” görüşünün əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınma ehtimalı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, PFL bu barədə qərar qəbul edib. Sözügedən matç bu gün deyil, 30 mart tarixində keçiriləcək.