"Səbail" - "Turan Tovuz" oyunu niyə təxirə salınmayıb? - PFL-dən AÇIQLAMA

15:29 8 Mart 2017

Dünən Birinci divizionda mübarizə aparan "Turan Tovuz"un bir neçə futbolçusunun zəhərlənərək xəstəxanaya aparıldığı barədə xəbər vermişdik. Qərb təmsilçisi yaydığı məlumatda qeyd etmişdi ki, 19-cu tur çərçivəsində martın 9-da səfərdə baş tutmalı olan "Səbail"lə matçın təxirə salınması barədə Peşəkar Futbol Liqasına müraciət etsələr də, müsbət cavab almayıblar. Səbəb kimi matçın öncədən "CBC Sport" kanalı vasitəsilə canlı yayınlamasının nəzərdə tutulması göstərilib. Bu, klubun yaydığı məlumatda belə qeyd edilib.

 

Sportarena.az xəbər verir ki, bu məsələ "Turan Tovuz"un ürəyincə olmadığı dəqiqdi. Çünki futbolçular tam toparlana bilməyiblər. Eyni zamanda, bir neçə oyunçunun həmin matçda iştirakı sual altına düşüb.

 

"Səbail" - "Turan Tovuz" matçı niyə təxirə salınmadı? Səbəbini öyrənmək üçün PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi müraciətimizi belə cavablandırdı:

 

"Turan Tovuz" komandasında kifayət qədər futbolçu var. İki futbolçuda zəhərlənmə aşkarlanıb. Yerdə qalan futbolçuların sağlıq durumunda hər hansı problem yoxdu. Ona gorə də oyunu təxirə salmadiq".

 

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti