Bu gün Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü canlı yayımlanmayacağı barədə öncədən
məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, yayım ev sahibi Qətər Futbol Assosiasiyasının (QFA) istəyinə əsasən baş tutmayacaq. Bu barədə AFFA məlumat yayıb.
QFA yoldaşlıq oyununda iştirak üçün Azərbaycan millisinin bütün xərclərini qarşılayıb. Ərəblər oyunun yayımlanmasına razı olmayıblar.
Qeyd edək ki, bu gün keçiriləcək Qətər - Azərbaycan matçı saat 20:00-da başlanacaq.