Hazırda davam edən Azərbaycan kubokunun final matçında daha bir məcburi əvəzetmə olub.
Sportarena.az xəbər verir ki, "Qarabağ" - "Qəbələ" oyununda bu dəfə Ağdam klubu itki ilə üzləşib. Komandanın kapitanı Rəşad Sadıqov matçın 55-ci dəqiqəsində Coşqun Diniyevlə əvəzlənib. Sadıqov ilk hissənin son dəqiqələrində ayağında ağrılar hiss etmiş və həkimlərin xidmətindən yararlanmışdı.
Qeyd edək ki, matçın birinci hissəsində "Qəbələ" də itki ilə üzləşmişdi. Matçın 22-ci dəqiqəsində Tellur Mütəllimov zədələndiyi üçün əvəzlənmişdi.