Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan stadionların adlarında “arena” sözünün çıxarılması ilə bağlı göstəriş verdiyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki. artıq Türkiyə Futbol Federasiyasının saytında adında “arena” sözü olan idman qurğuları “stadion” sözü ilə əvəzlənib. Ərdoğanın bu açıqlamasından sonra ilkin olaraq "Qalatasaray" stadionunun adından "arena" sözünü götürüb. Bundan sonra stadion "Türk Telekom Arena"nın əvəzinə "Ali Sami Yen Sports Complex Türk Telekom Stadium" adlanacaq.
Bu gün isə məlum olub ki, “Beşiktaş”ın “Vodafone Arena” stadionu “Vodafone Stadyum”, “Aytemiz Alanyaspor”un “Bahçeşehir Okulları Arena” stadionu “Bahçeşehir Okulları Stadyum”, Birinci liqada yarışan “Şanlıurfaspor”un “GAP Arena” stadionu isə “GAP Stadyum” adları ilə əvəzlənib.