Arda Turan millidən qovuldu

16:57 6 İyun 2017

Türkiyə millisinin futbolçusu Arda Turanı millinin düşərgəsindən kənarlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, buna onun dünən təyyarədə "Milliyyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirib.

 

İclasdan sonra Terim Arda ilə görüşüb. Görüşdən sonra o, Ardanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini bildirib.

 


Digər xəbərlər

Xəbər xətti